Əsgər xidmət yoldaşı tərəfindən güllələnib

Bakının Bakıxanov qəsəbəsində yaşayan 19 yaşlı Orxan Hüseynov hərbi xidmətdə güllə yarasından dünyasını dəyişib

Mərhum əsgərin ailə üzvləri deyir ki, Hüseynov dünən gecə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər yoldaşı tərəfindən öldürülüb. Bu barədə criminal.az məlumat yayıb.  

Əsgərin cənazəsini gətirən hərbiçilərin mərhumun ailəsinə bildirdiyinə görə isə, Orxanı əsgər yoldaşı avtomatla güllələyərək qaçıb. Qan itirən Orxan aldığı güllə yarasından dünyasını dəyişib. Qətli törədən əsgəri isə atası hüquq-mühafizə orqanına təhvil verib.

Ailəsinin yeganə övladı olan Orxan, valideynlərini itirib və nənəsinin himayəsində böyüyüb. O, bir neçə gün əvvəl məzumiyyətə gəlmiş və iyunun 7-də məzuniyyətini başa vuraraq xidmətə qayıtmışdı.

Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı rəsmi açıqlama verməyib.