foto APA

Metro qatarının altında qalan şəxsin öldüyü deyilir

Hadisə ''Elmlər Akademiyası'' stansiyasında olub

İyunun 18-də metronun “Elmlər Akademiyası” stansiyasında 83 yaşlı Səyyad Xəlilovun platformadan relslərin üzərinə yıxıldığı bildirilir. 

Lent.az yazır ki, hadisə qatar platformaya daxil olarkən baş verib. Səyyad Xəlilova aldığı xəsarətdən vəfat edib.  

Stansiyaya təcili tibbi yardım briqadası gəlib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Kamera görüntüləri araşdırılandan sonra hadisənin təfərrüatı dəqiqləşəcək.

İstirahət günü olduğundan Meydan TV Bakı Metropolitenindən hadisə ilə bağlı məlumat ala bilməyib.