Fransada parlament prezidentin nəzarətinə keçdi

foto google.ru
foto google.ru.

''Milli Cəbhə''nin lideri Marin Le Pen fraksiya yarada bilməyəcək

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin II turunun nəticələri bəlli olub.

Seçicilərin 35,33 faizinin iştirak etdiyi seçkilərdə prezident Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalib gəlib.

"Euronews" bildirir ki, “İrəli, Respublika!” müttəfiqləri “Demokratik hərəkat” partiyası ilə birgə parlamentdə azı 325 yer qazanaraq mütləq çoxluğa nail olublar. 

Sonrakı yerləri sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” 17, “Fəth olunmayan Fransa” hərəkatı 16, "Kommunist Partiyası" 10 və “Milli Cəbhə” 8 mandat əldə edib.

“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilsə də, fraksiya yarada bilməyəcək.