''Qeyri-azad şəraitdə KİV azadlığı'' konfransı keçiriləcək

Tədbir təzyiq hallarının və maneələrin artması kontekstindədir

İyunun 19-da Vyanada ATƏT-in "Qeyri-azad şəraitdə KİV azadlığı" adlı iki günlük konfransı işə başlayır.

ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsinin Bürosu tərəfindən təşkil edilən konfransda 200-dən çox beynəlxalq ekspert və jurnalist, hökumət məmuru və diplomat, vətəndaş cəmiyyəti və elmi dairələrin nümayəndələri iştirak edəcəklər.

Konfrans ATƏT-in münaqişə və böhranlardan ziyan dəyən regionlarındakı KİV azadlığını məhdudlaşdıran təzyiq hallarının və maneələrin artması kontekstindədir. 

Tədbirdə söz azadlığı, "saxta xəbərlər", münaqişə zonalarında akkreditasiya və informasiya çatımlığı, KİV və kompüter savadlılığı, jurnalistlərin təhlükəsizliyi və onlara qarşı cinayətlərin cəzasız qalması üzrə sessiyalar təşkil olunacaq.

İştirakçılar regionda KİV azadlığı qarşısında duran aktual məsələləri müzakirə edəcəklər, həmçinin jurnalistlərin təhlükəsizliyi, dezinformasiya və münaqişəli vəziyyətlərdə təbliğat kimi məsələlər üzrə tövsiyələr verəcəklər.

Konfransın gedişi osce.org/live efirində birbaşa yayımlanacaq. Bu barədə ATƏT-in KİV azadlığı məsələləri üzrə Bürosu məlumat yayıb.