foto google.az

Bakıdan Banqkoka birbaşa reys açılır

Uçuş həftədə 2 dəfə olacaq

"Azərbaycan Hava Yolları" oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirilməsinə başlayacaq. 

“Bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir” - deyə, AZAL-ın mətbuat xidmətində “Turan”-a bildiriblər.

Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və "VIP-klub" sinif salonlu rahat "Boeing-767" laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.