Bakıda 17-29 dərəcə isti gözlənilir

Bölgələrdə hava qeyri-sabit keçəcək

İyunun 20-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 17-20, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarda isə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə 14-19, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edir ki, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-ə kimi bəzi rayonlarda hava qeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Üstəlik, dolu düşəcəyi ehtimalı var.