Manat
Manat

Dolların məzənnəsi azacıq artıb

Avqustun 8-i üçün dolların məzənnəsi 1,7008 manatdan 1,7018 manata qalxıb. Məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Bildirilir ki, kommersiya banklarında dolları 1,70-1,7 manata almaq, 1,66-1,6990 manata satmaq olar.

Avqustun 7-də avronun rəsmi məzənnəsi 2,0206 manatdan 2,0061 manata enib. Banklarda avronu 2,0129-2,02 manat civarında almaq, 1,9580-2,0 manata satmaq olar.

Ay ərzində avronun məzənnəsi artıb. İyulun 7-dən avqustun 7-dək avro 1,9431 manatdan 2,0061 manata yüksəlib. Bu, Avropa valyutasının məzənnəsinin dollara nisbətən artması ilə bağlıdır.