Əfqan Muxtarlı yaxınları ilə görüşərkən
Əfqan Muxtarlı yaxınları ilə görüşərkən

Əfqan Muxtarlı vaxtından əvvəl penitensiar kompleksə qaytarılıb

Müşahidəçilər səbəb kimi Meydan TV-ə müsahibəsini göstərirlər

Yaxınlarının yas mərasimində iştirak etmək üçün evlərinə buraxılan jurnalist Əfqan Muxtarlı fevralın 9-da Şəki Penitensiar Kompleksinə qaytarılıb.

Vəkil Elçin Sadıqov Meydan TV-yə məhbus jurnalistin vaxtının fevralın 10-da saat 12-də bitməli olduğunu deyib.

Müşahidəçilər buna səbəb kimi Əfqan Muxtarlının Meydan TV-ə müsahibəsini göstəriblər.