Əsgərin naməlum şəraitdə öldüyü bildirilir

Hərbçi Turan Qərib oglu Məmmədov

Zaqatala rayonunun Dağlı kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qərib oglu Məmmədov xidmət etdiyi Ağdam rayonunda naməlum şəraitdə ölüb. Məlumatı mərhumun yaxınları sosial şəbəkələrdə paylaşıblar.

Əsgərin intihar etdiyi ehtimal edilir.

Faktı Meydan TV-yə kəndin adını açıqlamaq istəməyən sakini də təsdiqləyib. Bildirib ki, T.Məmmədovun cənazəsi fevralın 10-da Dağlı kəndində torpağa tapşırılıb. Həmkəndlisi əsgərin hansı şəraitdə öldüyü barədə məlumatsızdır.

Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama yaymayıb.