Elmira İsmayılova
Elmira İsmayılova

Jurnalist Xədicə İsmayılın anası xəstəxanada vəfat edib

Xədicə İsmayıl dəfələrlə müraciət etsə də ölkədən çıxışına qoyulan qadağa aradan götürülməyib

Martın 7-dən 8-ə keçən gecə araşdırmaçı jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova Türkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Bu barədə jurnalistin yaxınları məlumat verib.

Elmira İsmayılova Yanvar ayının əvvəlindən Ankarada müalicə alırdı. Jurnalist dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də onun ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılmayıb.

Elmira İsmayılovanın yaxın günlərdə Azərbaycana gətiriləcəyi gözlənilir.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. X.İsmayıl həbsdən buraxılsa da, ölkədən çıxışına yasaq götürülməyib.

Jurnalist ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.