Milli Məclisin üzvü vəfat edib

Astan Şahverdiyev

Deputatın cənazəsi ''Qurd qapısı'' qəbiristanlığında dəfn olunacaq

Deputat Astan Şahverdiyev aprelin 15-də səhər saatlarında Qusar rayonunda ürək tutmasından vəfat edib.

Deputatın cənazəsi “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

1947-ci ildə doğulan Astan Şahverdiyev 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən mandat qazanmışdı.

Astan Şahverdiyev Azərbaycan ictimaiyyətinin yadında Rusiyaya qazanc arxasınca gedən azərbaycanlıları “otxod” adlandırması ilə qalıb.

O, 2016-cı ilin 22 dekabrında Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin işıqlarının tez-tez kəsilməsinə etiraz əlaməti olaraq aksiya keçirmələrinə sərt münasibət bildirmişdi. Bu açıqlamadan sonra Milli Məclisin İntizam Komissiyasında onun məsələsi müzakirəyə çıxarılmışdı.