Qəzzada aksiyalar
Qəzzada aksiyalar

Qəzza bölgəsində 52 fələstinli öldürülüb (yenilənir)

***

Son məlumata görə, 52 nəfər ölüb, 2,4 min adam isə yaralanıb. 

***

Ria.ru yazır ki, ölənlərin sayı 40 nəfərdən çoxdur. 

***

1600-dən çox insan yaralanıb

Qəzza bölgəsinin sərhədində İsrail qoşunları ilə toqquşmalar nəticəsində həlak olan fələstinlilərin sayı 25-ə çatıb.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

Yaralananların sayı 1600-ü keçib.

Hərbiçilər etiraz aksiyalarının iştirakçılarına qarşı birbaşa atəş açır.

Aksiyalar ABŞ-ın Qüdsdə səfirlik açması ilə bağlı daha da şiddətlənib.

İsrail tərəfi sərhədin 12 məntəqəsində 35 mindən çox etirazçının olduğunu bildirib. Aksiya iştirakçıları yanar maye olan şüşə qabları İsrail hərbiçilərinə tərəf atırlar, təkərləri yandırır, sərhəd qurğularını dağıtmağa çalışırlar.

Əsgərlər isə, aksiya iştirakçılarına qarşı xüsusi vasitələr istifadə edirlər.

Sərhədin dağıdılmasından ehtiyat edən İsrail tərəfi Qəzza bölgəsinə əlavə iki piyada briqadası, İordan çayının qərb sahilinə bir piyada briqadası gətirib.

Etiraz aksiyalarının başlanmasından ay yarım ötüb. Mayın 14-də ABŞ səfirliyinin açılışı günü fələstinlilərin “Böyük qayıdış marşı” kulminasiya nöqtəsinə çatıb.