''Dörd gündən sonra imtahanımdı, burada evlərimiz sökülür''

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib. 

Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər. Hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.