İki nəfər mülki şəxs minaya düşüb

Minaya düşən şəxs
Minaya düşən şəxs.

Tovuz sakinləri xəstəxanaya yerləşdirilib

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Məlumatı "Report" yayıb.

Həmin ərazidə müvafiq nişanlar quraşdırıldığı və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edildiyi bildirilir.