Etiraz edən əlilləri nazir qəbul edib

Bir neçə gün öncə baş tutan əlillərin etiraz aksiyasından sonra sosial müdafiə naziri Səlim Müslümov onları qəbul edib. 13 iyunda baş tutan qəbulda 5 nəfər əlilliyi olan şəxs iştirak edib. Nazir bildirib ki, gələn il onların pensiyaları artırılacaq, vəziyyəti daha ağır olan 50 nəfər əlilə hər ay kompensasiya ödəniləcək. Nazir kommunal xərclərdən azad olunmaqla bağlı tələbin icra olunmayacağını bildirib.

Şikayətçilər nazirlə görüşdən sonra vədlərin yerinə yetirilib-yetirilmədiyini izləyəcəklərini bildiriblər. Əgər verilən sözlər tutulmasa, onlar yenidən arabalarını nazirliyin qarşısına sürüb, etiraz edəcəklər.

6 iyunda bir qrup əlilliyi olan şəxs Sosial Müdafiə Nazirliyinin qarşısında aksiya keçirmişdi. Onlar pensiyalarının artırılmasını, kommunal xərclərdən azad olunmalarını tələb edirdilər. Nazirlik əməkdaşları Səlim Müslümovun ezamiyyətdə olduğunu deyərək görüşü 13 iyuna saxlamışdılar.

x

YAZARIN DİGƏR YAZILARI