Bakıda 30 dərəcə isti gözlənilir

Bəzi bölgələrdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub-şərq küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq

Havanın temperaturunun gecə 16-18° isti, gündüz  25-30° isti olacağı gözlənilir. Bakıda gecə  16-18° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunundan  754 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85, gündüz  45-55 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 19-da hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz  28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

x

YAZARIN DİGƏR YAZILARI