"İlham Əliyev Azərbaycan xalqından nə istəyir?"

Bloger Mehman Hüseynov aclıq aksiyasının 13-cü günündədir. Bir sıra vətəndaşlar da ona dəstək olaraq aclıq edirlər. Aksiyaya qoşulanlar Musavat Partiyasının qərargahına toplaşırlar. “Hamı bilir ki siyahi məhbuslarımız şərlənib tutulub. Günahsızdırlar. Biz də aksiyaya qoşulmaqla, göstəririk ki, onların yanındayıq”.

Aksiyaya ilk başlayan Tofiq Məmmədli 6 gündür ki, acdır. Bloger Mehman Hüseynov 2017-ci ilin martında Nəsimi Rayon Polis İdarəsinin rəisinin qaldırdığı böhtan iddiası ilə 2 il azadlıqdan məhrum edilib. Azadlığa çıxmasına 2 ay qalmışkən, ona qarşı yeni ittiham irəli sürülüb. İddiaya görə, o, ədliyyə leytenantına xəsarət yetirib, otağın əşyalarını dağıdıb, üstündə qanunsuz pul saxlayıb. “Şərlənib tutulan adamı ikinci dəfə şərləyirlər. Həm də bu dəfə daha ağır maddə ilə. Bu nə acımasızlıqdır? İlham Əliyev Azərbaycan xalqından nə istəyir? Bu qədər oğurlayıb, talayıb. Milyardları xaricə köçürüb. Ölkəni özəlləşdirib. Bu qədər dərinliyə niyə gedir axı?!-Müsavat partiyasının Divan üzvü Tofiq Yaqublu deyir.

Qərargahda keçirilən aclıq aksiyasına indiyədək 9 nəfər qoşulub. 2 gündür ki, halı pisləşənlərə təcili tibbi yardım çağırılır. Aclıqdan səhhəti pisləşənləri yeniləri əvəz edir. Atası Rafiq Hüseynov deyir ki, Mehman aclıq aksiyasını davam etdirir. Mehman Hüseynov həbsini siyasi sifariş sayır

x

YAZARIN DİGƏR YAZILARI