İlham Əliyev: ''Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrin dostu ola bilməz''

“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz. Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub”. 

Azərbaycan prezidenti İlham Əliyevin sözləridir. O, bunları İstanbuldakı D-8 IX Zirvə görüşündə deyib.

Prezident bildirib ki, bu il həm də Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi “IV İslam Həmrəyliyi Oyunları” keçirilib:

“Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb”.

Meydan TV İlham Əliyevin hakimiyyəti dövründə sökülən məscidlərlə bağlı araşdırma aparıb.

2017-ci il aprelin 12-də Bakının Yasamal rayonu ərazisindəki “Hacı Cavad” məscidini sökməyə cəhd göstərdilər. Məscidin önünə toplaşan sakinlər buna etiraz etdi. Prezident İlham Əliyev aprelin 13-də məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdi. Sonradan icma rəhbərliyi ilə Komitə arasında razılıq əldə edildiyi bildirildi. Həmin razılığa görə, bu məscid sökülməli, Yasamal rayonu ərazisində yeni məscid tikilməli idi.

“Hacı Cavad” məscidi İlham Əliyevin prezidentliyi dövründə sökülən ilk məscid deyil.

17 avqust 2008-ci il - “Əbu Bəkr” məscidi qapadıldı (https://goo.gl/B1LbxX)
30 Mart 2009-cu il - Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən “Peyğəmbər” məscidi sökülüb ( http://goo.gl/DnonI9)
27 aprel 2009-cu il - Bakıdakı "Şəhidlik" camisi qapadıldı ( http://goo.gl/pYPNoq)
12 may 2009-cu il - Neft Daşlarındakı məscid tamamilə sökülüb (https://goo.gl/KKnwtx)
16 sentyabr 2009-cu il - Gəncədə Şahsevənlər Cümə məscidi bağlandı (http://goo.gl/0cIE01)
17 oktyabr 2009-cu il - Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 yanvar küçəsindəki məscid qapadıldı (http://goo.gl/KPnFIJ)
15 aprel 2011-ci ildə Müşviqabad qəsəbəsində yerləşən məscid qapadıldı (http://goo.gl/4QTvtM)
11 yanvar 2012-ci il - Yasamal rayonunundakı “Hüseyniyyə” məscidi qapadıldı (http://goo.gl/592URb)
20 may 2016-cı il - 1889-cu ildə tikilən “Mirələkbər məscidi” söküldü (https://youtu.be/XP-jjGRSV34 - https://goo.gl/dNGdeu)
12 Aprel 2017-ci il - “Sovetski”dəki “Hacı Əbdürrəhimbəy” məscidi söküldü (https://goo.gl/qdq8Xm)
1 May 2010-cu ildə Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi-Zəhra” adını daşıyan məscid söküldü (http://goo.gl/qNBNbC)
Ən son, 1 iyul 2017-ci ildə isə “Hacı Cavad” məscidi söküldü (hhttps://goo.gl/WBRKs3)

2001-2002-ci illərdə İslam mədrəsələri qapadılaraq qadağan olundu.
2003-cü ildə “İslam İttihad” cəmiyyəti məhkəmə yolu ilə qapadıldıqdan sonra 2004-cü ilin yayında “İçəri Şəhər” və “Cümə” məscidi təmir adı ilə qapadıldı.
2004-cü ildə xaricdən gətirilən dini ədəbiyyata qadağa qoyuldu. Əsasən də İslam dininə aid olan kitablar yasaqlandı.
2007-ci ilin mayında Azərbaycanda, əsasən Bakıda məscidlərdə səsgücləndirici ilə əzan verilməsi qadağan edildi. İctimaiyyətin narazılığından sonra bu qadağa aradan qalxdı.

2010-cu ilin sentyabrında qızların hicabla dərsə getməsi qadağan olundu. Bundan sonra müxtəlif aksiyalar zamanı 100-ə yaxın inanclı həbs edildi. Həbsxanada iki vicdan məhbusu öldü.
"Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansının məlumatına görə, 2015-ci ildə polisin Bakı şəhərinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda sonra 200-dən çox adam saxlanılıb, onlardan 87-i barədə cinayət işi açılıb, digərləri inzibati cəzaya məhkum edilib. Mətbuatın və beynəlxalq təşkilatların məlumatlarına görə, dindarlara qarşı təqib və təzyiqlər davam edir.